Azərbaycan İqtisadiyyatının və Biznesinin

                          Yaradılması və İnkişafı.

    

                 Azərbaycan iqtisadiyyatının tarixi.     

         

      Sizin öyrəndiyiniz bazar iqtisadiyyatı, onun yaranma və inkişaf yolları, Azərbaycan neft sənayesinin XIX əsrin axırı – XX əsrin başlanğıcında keçdiyi yolda çox aydın görsənir. Bu səbəbdən azad sahibkarlıq sisteminin nədən ibarət olduğunu daha yaxşı anlamaq üçün Azərbaycanda kapitalizmin formalaşmasına nəzər salaq; daha dəqiq desək, kapitalizmin əsas dayaqlarına: xüsusi mülkiyyətə qiymətqoyma sisteminə və rəqabətə.

    Orta əsrlərdə neftə tələb olduqca məhdud idi. Azərbaycanda neft, otaqların işıqlandırılmasında və xəstələrin müalicəsində istifadə olunurdu. Qədimdə qəsr və məbədlərin müdafiəsində ondan hərbi məqsədlər üçün istifadə olunurdu. Çox saylı neft quyularında nisbətən az həcmdə hasil olunan neft onun Azərbaycanda təklifinin əsasını təşkil edirdi. Və bu həcm neftin o qədər də böyük olmayan, və əsasında məişət istehlakı olan tələbi kifayət qədər təmin edirdi.

      XIX əsrin ikinci yarısında neft və neft məhsullarına ümumrusiya və dünya bazarlarında olan tələbin əhəmiyyətli artımı, Azərbaycanda neft sənaye hasilatının başlanğıcını qoydu. Nadir təbii sərvətlər, neft təsərrüfatının gələcək kapitallaşma prosesində Azərbaycana Rusiya və xarici kapitalın axını üçün olduqca cəlbedici idilər. Neft və neft məhsullarına tələbin artması Rusiya və Avropada sənaye və nəqliyyatın sürətlə inkişafı ilə bağlı idi. XIX əsrin 60-cı illərindən başlayaraq neft yanacaq kimi sənaye müəssisələrində geniş istifadə olunmağa başlayır. Azərbaycan neft məhsulu tələbinin böyük artımına Xəzər və Volqa ticarət donanmasında və bundan başqa dəmir yolu nəqliyyatında mazutun yanacaq kimi geniş istifadəsinə keçməsi ilə əlaqələnmişdir. Misal üçün Rusiyada 1880-1900-cu illərdə, yəni 20 il ərzində mazutun istehlak səviyyəsi 3,7 dəfədən də çox artmışdır.

      Azərbaycan neft hasilatı sənayesi tarixən nisbətən qısa müddətdə azad sahibkarlıq iqtisadiyyatı yolunda inkişaf edərək, maksimal gəlir alınmasının sürətləndirilməsini öz qarşısına məqsəd qoyaraq, mühüm nəaliyyətlərə sahib olmuşdur və özünün əsas dünya rəqibi olan ABŞ-a nəinki çataraq, hətta onların səviyyəsini də qabaqlamışdır. 1901-ci ildə Bakı dünya neft hasilatı həcminin yarıdan çox hissəsini vermişdir ( 10mln ton neftdən çox ). Ancaq, bu səviyyəyə çatmaq üçün Azərbaycan iqtisadi, hüquqi, texniki, sosial sahələrdə böyük dəyişikliklərdən keçməli idi. Ən əvvəl, azad sahibkarlıq sisteminin yaradılması üçün birinci əsas amil xüsusi mülkiyyət insitutunun bütün məsələlərini nizama salmaq idi. İş ondadır ki, XIX əsrin 70-ci illərinə qədər Azərbaycanda neftlə bağlı olan fəaliyyətdə iltizam sistemi – ya da otkup üsulu mövcud idi. Quyular yerləşən torpaqların sahibi – Rusiya hökuməti bu torpaqları icarədarlara müvəqqəti istifadəyə verirdi. İcarədarlar isə müqaviləyə görə Rusiya dövlətinə hər il müəyyən məbləğdə pul ödəməli idilər.

      İltizam sistemi neft sənayesinin inkişafını bərk ləngidirdi. Neft quyularını qısa müddətə alaraq iltizamçılar ( otkupçular ) texniki mükəmməlləşdirməni həyata keçirmək üçün istehsala lazımi böyük kapital qoyuluşlarını həyata keçirmək üçün maraqsız idilər. Bu səbəbdən, artıq 1872-ci ildə iki vacib qanun - vericilik aktının “İcarədarların əlində olan neft yataqlarının fərdi şəxslərə auksion satışı barəsində qanun” və “Neft mədənləri və aksiz vergilərinin neft məhsullarından alınması barədə qanun” qəbul olunması ilə xüsusi mülkiyyət institutu yaradılmışdır. Bu qanunların qəbul olunmasından sonra neft mədənləri qruplaşdırılmış və 1872-ci ildən etibarən fərdi şəxslərə satılmağa başlanmışdırlar.

      Bundan başqa yeni qanunlara görə neft yataqları  24 il müddətinə icarəyə verilirdilər. Bu islahatlar yerli, Rusiya və xarici iş adamları tərəfindən neft yataqlarını və artıq işləyən  neft mədənlərini almaq, yaxud  icarəyə götürmək vasitəsilə  Azərbaycan neft sənayesinə daha geniş investisiyalara yol açmışdır. XIX əsrin 70-ci illərindən sonra Bakı Rusiyanın və dünya bank kapitalının axını olan maliyyə mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 80-ci illərin axırında Azərbaycana Rotşildlərin Fransız Bank Evi daxil olmuşdur. 1890-cı il üçün Rotşildlər Bakı neftinin ixracının 42%-nı nəzarətdə saxlayırdılar. 1910-cu il üçün neft mədənlərinin 60%-dan  çoxu üç ən böyük trestin “Royal Datç – Şell”, “Nobel qardaşlarının neft istehsalat cəmiyyəti” və fransız  və ingilis kapitallarina arxalanan və idarə heyəti Londonda yerləşən “Rus əsas neft cəmiyyətinin” əllərində cəmləşirdi.

      Xarici investisiyaların Azərbaycan neft sənayesinə geniş axınına böyük ehtiyacı var idi. Bunun səbəbi onda idi ki, neft və neft məhsullarına sürətlə artan dünya tələbini ödəmək üçün yeni  yataqların axtarışı və işlədilməsinin yüksək templəri, neft hasilatının və dünya bazarlarına tədarükünün sürətləndirilməsini, hasilat, emal etmə və nəql edilmə proseslərinin əsaslı maddi-texniki cəhətdən mükəmməlləşdirilməsini təmin etmək olduqca əhəmiyyətli idi. Ancaq bütün bunlar üçün nə Azərbaycanda nə də bütün Rusiya imperyasında lazimi vəsaitlər yox idi. Sadalanan işlərin reallaşması ancaq xarici kapitalın böyük sərmayələr köməyi ilə gərçəkləşə bilərdi. Bunun üçün çar hökumətinin qərarı ilə 1880-ci ildə xarici kompaniyalara Bakı rayonunda neft istehsalı ilə məşğul olmağa geniş imkanlar verilmişdir. Xarici kapitalın Bakının neft sənayesinə axını neft hasilatı və emal üsullarını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, neft məhsullarının daşınma vasitələrini mükəmməlləşdirdi və Bakı neftinin dünya bazarlarına geniş daxil olunmasını təmin etdi. 1886-cı ildə Bakıda boru kəmər şəbəkəsi qurulmuşdur, neft məhsullarının saxlanma və daşınma üsulları təkmilləşdirilmişdir, yeni vaqon-sisternlərin istifada olunmasına başlanılmışdır.

      Avropa və Amerika neft kompaniyaları ilə daimi raqabəti təmin etmək məqsədi ilə, neftin Azərbaycandan ixrac olunması  üçün 1887- ci ildə Bakı –Tiflis dəmir yolunun tikilməsi və Xəzərdə daşınmaların genişləndirilməsi böyük rol oynamışdır. Dünya bazarlarına çıxış üçün böyük əhəmiyyət kəsb edən də 1896-1906-cı illərdə tikilən və ildə 900 min ton ağ neft çəkən  Bakı – Batum neft borusu idi. Azərbaycanda neft sənayesinin səmərəli inkişafı yerli Azərbaycan (H.Z.Tağıyev, M.Nağıyev, Asadullayev, Muxtarov, Mantaşev və s.)kompaniyalar arasında olan sərt rəqabət şəraitində keçirdi. XIX əsrin 70-80-ci illərində neft hasilatı ilə məşğul olan şirkətlərin sayı kəskin artmışdır. Belə ki, 1901-ci ildə elə şirkətlərin sayı Bakı rayonunda 1889-cu illə müqayisədə 180%, neft hasilatı isə 250% artmışdılar. Ancaq neft hasilatı və emal ilə məşğul olan şirkətlərin say artımı, onların maliyyə zəifliyi və kiçik müəssisələrin böyük yerli və xarici şirkətlərlə rəqabətdə müdafiəsiz qalmaq səbəbindən bundan sonra azalmağa başlamışdir. XIX əsrin 80-ci illərində Bakıda istehsal sürətlə yığılaraq böyük inhisar birləşmələrə çevrilməyə başlayır. Bu zaman Azərbaycanda bu proseslərə əks- təsir göstərən və onları idarə edən qanunvericilik bazası yox idi. Kiçik şirkətlərin hesabına böyüyərək və Amerikanın nəhəng neft kompaniyaları ilə uğurlu rəqabət aparmaq üçün Bakının böyük müəssisələri bir biri ilə bir razılığa gələrək sindikatlar (birləşmələr) yaradırdılar. Bu böyük birləşmələr sərmayyə cəmiyyətləri kimi yaranmışdılar və XIX əsrin axırı üçün neft sənayesində işləyən şirkətlərin əsas formasına çevrilmişdilər. 1884-cü ildə bütün ən iri şirkətlərin ¼ hissəsi Bakı neftinin 75%-nı hasil edirdi isə, 1901-ci ildə bu  rəqəm 87,3% çatmışdir. Misal üçün, Bakı rayonunda hasil olunan neftin ümumi həcmində Nobel qardaşları şirkətinin payina 1880-ci ildə 1,9%, 1890-ci ildə isə artıq 20% düşürdü.

      Neft emalı sənayesinin təmərküzü (konsentrasiyası) müəssisə sayının azalmasında, onların iriləşdirilməsində və ən böyük şirkətlərin tabeliyinə keçməsində özünü əks etdirirdi. 1891-ci ildə Bakıda 115 zavod işləyirdisə, 1899-cu ildə onların sayı 53 olmuşdur. Eyni zamanda bir zavodun orta il istehsal həcmi 11,2 min tondan 1891-ci ildə 34,1 min tona qədər 1899- cu ildə qalxmışdır, yəni 3 dəfə. 1899-cu ildə 6 ən böyük zavod bütün neft məhsulunun 54%-ni istehsal edirdi.

    Kapitalın təmərküz prosesi özünü bir neçə nəhəng şirkətlərin ( Rotşildin, Nobelin ) əllərində olan nəql etmə və satış sahələrində, daha açıq göstərdi. XIX əsrin axırında Azərbaycanda antiinhisar qanunvericiliyin və iqtisadiyyatın sabitləşdirmə və kiçik-orta biznesin qorunması sahələrində hər hansı bir məqsədə yönəldilmiş proqramın olmaması həddindən artıq neft istehsalı böhranlarına səbəb olmuşdur. Bu böhranlar Qərbi Avropa və Rusiyada baş verən böhranlarla sıx bağlı idi. Bu vaxtlar neft bazarda çətin satılırdı və onun üçün neft qiyməti kəskin azalırdı.

      Bundan başqa, neft məhsullarının dünya istehsalçıları ilə ( Amerikanın “Standart Oil” kompaniyası kimi ) satış bazarlarının bölüşdürülməsi barədə saziş bağlayaraq və yerli nəqliyyat vasitələrinə nisbətən inhisarçı imkanlarından  istifadə edərək Nobelin və Rotşildin kompaniyaları kiçik neft şirkətlərinə neft və neft məhsullarının Azərbaycandan kənara çıxardılma və satılmasına təsirli çətinliklər yaratmışdılar.

      Beləliklə, neft bazarında tələb və təklif münasibətlərindən istifadə edərək, qəstən neftin həddindən artıq bolluğunu yaradıb, neftin kənarda satışını məhdudlaşdıraraq, onlar qiymətləri kəskin aşağı salırdılar. Nəticədə neft sahəsində çoxlu iş adamı müflisləşirdi. Onlar istehsalatı dayandırırdı və yığılıb satılmayan yüz tonlarla neft məhsullarını yandıraraq, yaxud Xəzər dənizinə tökərək onlar canlarını qurtarmağa çalışırdılar. Bazarın inhisarlaşdırma məqsədi həyata keçirilmişdi: neft həddən artıq aşağı qiymətə düşmüşdü, dövlət tərəfindən müdafiə olunmayan kiçik kompaniyalar isə bankrot vəziyyətinə salınmışdılar. Sonra isə, bu yol ilə alınan neft və neft məhsullarını xarici bazarlarda qat-qat yüksək dünya qiymətləri ilə sataraq, Bakının böyük kompaniyaları 300-600% -lı inhisar üstəlik mənfəəti alırdılar.

      Azərbaycanda kommunist rejimi hakimiyyətə gələndən sonra yerli və xarici neft kompaniyaları  mülkiyyətlərinin ekspropriyasiya olunması və bütün neft sənayesinin dövlətin nəzarəti altına düşməsi, XIX-cu əsrin axırı – XX-ci əsrin başlanğıcına məxsus olan “vəhşi” və ya ilk kapitalizmin bir neçə sosial və iqtisadi problemlərini həll etsə də, bu dəfə inzibati əmirlik təsərrüfatına məxsus olan bir sıra yeni  problemlər yaratmışdır.        

     1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra Azərbaycan bazar iqtisadiyyatı dəyərlərinə nail olmağı qarşısına məqsəd qoymuşdur: azad sahibkarlığı, iş adamlarının öz maraqlarlarına üstünlük verməyi , rəqabətin müdafiəsi və mövcudluğunu, bütün mülkiyyət formalarının eyni hüquqda olmasını və s.

       Bu dəyərlərin reallaşması üçün cəmiyyətdə iş adamlarının bizneslərini qurmaq, imkanlar yaradmaq, onlara hərtərəfli yardım göstərmək, çoxsaylı maneələrdən onları müdafiə etmək istiqamətində dövlət tərəfindən bir sıra işlər görülsə də, ondan qat-qat artıq iş görülməlidir. 2002-ci ildə Azərbaycanda 25 mindən çox kiçik müəssisə və kooperativ var idi və onların sayı 1990-2002-ci illər ərzində 5,5 dəfə artmışdır. Onlardan birinin öz biznesini yaratdıqdan sonra keçdiyi yolu əks etdirmək yerinə düşərdi.          

                         

                            Biznesin başlanğıcı

                          

                           Uğurlu biznesmenlər

 

   

   Azərbaycanda iqdisadi münasibətlərin bazar iqdisadiyyatının prinsiplərinə keçməsi və bununla bağlı ön planda azad sahibkarlığın leqallaşmasının və özəl sektorun biznesdə geniş iştirakinın özünə yer tapması buna gətirdi ki, Azərbaycanda insanlar öz istedadlarından və qabiliyyətindən azad istifadə edərək mənfəət qazanmağa və maadi vəziyyətlərini yaxşılaşdırmağa yeni imkanlar açmışlar. Bu insanların çoxu öz bizneslərini ən sadə və qısa bir zamanda tez gəlir gətirən kiçik pərakəndə alverdən başlamışlar. Onların ilk biznesi az çox uğurlu idi. Ancaq belə “ tez və bacardıqca çox” qazanmağa əl atanlar mühütündə belə insanlar da var idi ki, kim maraqlı uzunmüddətli samballı biznes qurmağa üstünlük verirdi. Bu biznesi uğurlu etmək üçün və onun gələcəkdə çiçəklənməsini və tanınmasını arzulayaraq onlar öz canlarını , bütün təşəbbüs və icadedici qüvvələrini sərf etməyə hazır idilər. Elə sahibkarlardan biri o zaman Fikrət Xəlilov idi. O , özünün bir neçə dostu ilə şərikliyə girərək 1995-ci ilin axırında Anadolu nişanı altında Bakının iaşə bazarında geniş populyarlığı ilə fərqlənən yeni biznes açmışdır. Anadolu restoranlarının bu günə artan populyarlığı personalın səriştəsinə, beynalxalq servis standartlarını öyrənərək onların işdə tətbiqinə və xidmətlər keyfiyyətinin,sanitar normalar, tibbi tələblərə riayət edilməsinin ciddi nəzarətinə arxalanır.Bunun üçün Anadolu restoranlarının Azərbaycanda uğurlu biznes qurmasını nəzərə alaraq, 90-cı illərdə Azərbaycanın real vəziyyərində bir qrup cavan biznesmenlər tərəfindən hansı yolla bir sıra vacib biznes məsələlərinin həll edilməsinin burada göstərilməsi bizim üçün çox maraqlı olardı. Bu məsələlərə bazar iqdisadiyyatı şəraitində  daxil olanlar bunlar idi: necə və hansı restoran xidmətlərindən başlamaq və onları hansı müştərilərə təqdim etmək lazım idi, əsas istehlakçı kim olmalı idi, restoran menyusunda hansı mətbəx istiqamətinə üstünlük vermək lazım idi, yemək hazırlanmasında istifadə olunan ərzaqlar kimin vasitəsi ilə təmin olunmalı idi , ən vacibi, biznesin başlanğıcını qoymaq üçün lazım olan vəsaitlər nə həcmdə və haradan götürülməli idi.

   1992-ci ildə iqtisadiyyat institutunda qırmızı diplomla iqtisadçı ixtisasını alan Fikrət komersiya fəaliyyəti ilə məşğul olmağa qərara almışdır. Dəyərli biznesi başlamaq üçün müəyyən məbləğdə, o zaman üçün onun əlində olmayan, ilk kapital lazım idi. 90-cı illərin əvvəllərində Fikrət fikir vermişdir ki, axşamlar, əsasən gecəyə yaxın vaxtda, çox adam içki, siqaret, şirniyyat və qalan xırda ərzaq mallarını tapmaq problemi ilə üzləşirlər. Bunu nəzərdə tutaraq o, bir qrup dostları ilə əlbir olaraq mehmanxanalarda və onlara qonşu küçələrdə axşam vaxtı bu malların təminatı ilə məşğul olurdu. Bu məqsədlə o, əvvəlcədən satıcılar və mehmanxanaların rəsmiləri ilə danışıq aparmış razılığa gəlmişdir. Nəticədə bu yolla müəyyən məbləğdə ilk kapitalı yığaraq Fikrət Xəlilov şərikləri ilə bir yerdə valyuta bazarına keçməyə qərara gəlmişdirlər. O vaxt üçün ( 90-cı illərin əvvəllində ) Azərbaycanda hələ valyuta əməliyyatları barəsində qanun qəbul olunmamışdır və buna uyğun olaraq Bakıda valyuta dəyişmə  məntəqələri açılmamışdır. Bu vəziyyətdən çıxmaq üçün “ F Gold company” adında şirkət yaradılmışdir və bu şirkətin nizamnaməsinə valyuta əməliyyatların aparılmasına icazə verən maddəni daxil edə bilmişdirlər. Bu əslində tamamilə görünməyən bir təcrübə idi,onun üçün ki, o zaman iş adamları arasında valyuta əməliyyatlar qeyri leqal formada Bakıda, məhşur Malakan bağında həyata keçirilirdi. Fikrət Xəlilov dostları ilə ona ümidvar idi ki, biznesmenlərin əksəriyyəti küçə şəraitində aparılan əməliyyatlarla müqayisədə hər zaman öz ( əsasən böyük məbləğdə ) pullarını dəyişmək üçün ofisin sakit, rahat və təhlükəsiz binasına üstünlük verərlər. Bu özünü doğrultdu və valyuta əməliyyatları mənfəət verməyə başladı. Əldə olan kapitalın həcmi artdı. Gələcəkdə bu biznesi yeni yaradılan “M Bank”-da davam etdirərək Fikrət Xəlilov orada valyuta şöbəsinə rəhbərlik edirdi və onun nəzarətində 11 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərirdi. Ancaq                                                                   Azərbaycanda o zaman qeyri maliyyə vəziyyəti onların biznesində böyük itkilərlə nəticələndi. Dostlar işi yenidən başlamağa məcbur oldular. Yaranmış vəziyyətdə Fikrət Xəlilovun sərəncamında və mülkiyyətində yalnız bir kafe qalmışdır və onun alınması üçün Fikrətə 32 min dollar təklif olunmuşdur. Ancaq o günlərdə Fikrət Xəlilov öz yoldaşları ilə birlikdə həlledici qərar qəbul etdilər – onlar kafeni satmadılar və birlikdə Fikrətin hələ sovet vaxtından yaranmış arzusunu – imkan dairəsində böyük istehlakçı kütləsini keyfiyyətli, nisbətən ucuz, müxtəlif, zövqlə bəzədilmiş cəld və diqqətli xidmətlə qidalanma və istirahətetmə imkanının reallaşdırılmasına başladılar.

    Onlar sovet vaxtının Bakıda yerləşən ictimai iaşəyə aid, həddən artıq qeyri-populyar səliqəsiz yeməkxanalarını heç də unutmamışdılar. O zaman ictimai iaşə iki bir-birinə tam əks olan səmtdə yerləşən xidmət formasından ibarət idi: bir tərəfdə Bakının olduqca qeyri-populyar təmizliyi ilə fərqlənməyən, xidmət personalı olmayan, dar çeşidli menyusundan kənara çıxmayan tez-tez boyat və keyfiyyətsiz yeməklərlə xarakterizə olunan ucuz yeməkxanalar, və digər tərəfdə isə kütlənin əksəriyyəti üçün baha, və bu səbəbdən adətən boş restoranlar dayanmışdır. Bu səbəbdən onlar bütün diqqətini özlərinin restoran biznesinin təşkilinə yönəltmişdilər.Əvvəlcə kafe, ofisant xidmətini daxil edən, ənənəvi şəkildə fəaliyyət göstərirdi. Lakin bu cür iş üslubu Fikret Xəlilovu qane etmirdi. Ona görə də onlar tamami ilə təzə Bakı üçün qeyri-adi restoran xidmətini yaratmağa qərara aldılar. Onların Bakı üçün ənənəvi olmayan Fast Food tipli, əhaliyə cəld xidmət göstərən restoran yaradılması ilə məşğul oldular. Bu restoran ən əvvəl nisbətən varlı bakılılara və Bakıda 80-ci illərin axırında sayı sürətlə artan türklərə xidmət göstərməli idi.

     Əvvəlcə restoranın binası təmir olunmalı idi, sonra isə Fikrət cəldxidmət restoranlarının tələblərinə uyğun şəkildə (müştərilərin özlərinə xidmət etmək üçün) şəraiti dəyişərək restoranın daxilinə yeni dizayn vermək qərara alınmışdır. Fikrət dostları ilə birlikdə restoranın təmir və dizayn işlərində aktiv iştirak etmişdirlər.

      Növbəti addım restorana menedjer və türk  mətbəxinə dərindən bələd olan peşəkar aşpaz  və eyni zamanda şərik qismində, ayda 1,5 min dollar maaşla bir türk vətəndaşını işə cəlb olunması idi.

      Bu işin təşkilində daha bir vacib məsələ də var idi – restoranın adlandırılması. Bakıda daimi yaşayan türtlər öz aralarında Türkiyənin anadan olduğu vilayətlərə görə qruplaşmasını nəzərə alaraq, yeni yaradılan restoranı Fikrət dostları ilə “Anadolu” adı ilə adlandırmaq qərarına gəlmişdirlər. Bu uğurlu tapıntı nəticəsində Bakıda yaşayan bütün türklər üçün doğma bir ad altında, “anadolu” restoranı toplanmaq üçün cəlbedici ocaq olmuşdur.

     Anadolu restoranı Bakının ictimai iaşə bazarında birinci cəldxidmət müəssisəsi idi. Bu müəssisə 1995-ci ilin 17 noyabrında açılmışdır və onun işi dünyada geniş yayılan marketinq prinsiplərinin əsasında qurulmuşdur.Buna görə də çox qısa zamanda Anadolu restoranı bakılılar və Bakıda yaşayan xaricilər arasında populyarlığını qazanmağa başlamışdır. Anadolu restoranının müştəriləri arasında orta sinif nümayəndələrinin sayı artmağa başladı. Gələcəkdə isə restoran menyusuna bahalı olmayan xörəklərin daxil olması ilə bu restorana maadi cəhətdən daha aşağı müştəri təbəqələrinin nümayəndələri də tez-tez gəlməyə başladılar.

     Burada Fikrət Xəlilovun indiki zamnda Anadolu restoranı ilə bağlı öz biznesinin inkişafını və mənfəətini təmin etmək üçün hansı işləri görlməsi haqda bir azda danışmaq yerinə düşərdi.

     İstehsal xərclərinin azalması və gəlirin artması üçün Fikrət Xəlilov öz komandası ilə ayrıca ofis binasından imtina etmişlər və bu səbəbdən onlar menedjer işlərinin əksəriyyətinin restoranın özündə həyata keçirdilər: iş görüşlərini, bizneslə bağlı sənədlərin imzalanmasını, hesabların aparılmasını, vacib qərarların qəbul olunmasını və s. İşin bu üsulla aparılması onları arenda və ofis binasının iş vəziyyətində saxlanılması ilə bağlı olan xərclərdən azad etmişdir.

      Qənaətçiliyin digər istiqaməti reklama verilən xərclərin olmaması ilə bağlı idi. İş ondadır ki, Fikrət Xəlilov öz biznesinin əvvəlindən PR(public relations) adlandırılan ictimaiyyətlə əlaqələrə çox ciddi və diqqətli fikir veriridi. Bu məqsədlə o, Bakıda, ümumiyyətlə, bütün Azərbaycanda keçirilən müxtəlif mədəni, elmi, təhsil, idman tədbirlərinin aparılması və xidmət edilməsinin təminatında sponsor ya da iştirakçı qismində aktiv fəaliyyət göstərirdi. Bu fəaliyyətin nəticəsində Anadolu restoranları olduqca tanınmış və populyardı Azərbaycanda və əhali arasında yüksək nüfuza malikdirlər.

       Restoran biznesinin ardıcıl inkişafı üçün 1997-ci ildən Fikrət Xəlilovun təşəbbüsü ilə katerinq xidməti yaradılmışdır. Bu xidmətin  köməyi ilə Bakıda ilk dəfə qısa zamanda isti xörəklərin sifariş olunan ünvana çatdırma xidməti təşkil olunmuşdur.

       İndiki zamanda bu şəbəkənin 3 restoranı, bir, özünə məxsus xörəklərlə restoranları təmin edən, qida fabriki, 12 sifariş bufeti – insanlara iş yaxud istirahət yerlərində xidmət göstərən mobil bufetləri fəaliyyətdədir.

        Bundan başqa bu gün Anadolu restoranlarını Sankt-Peterburq şəhərində də yaxşı tanıyırlar – burada son 2,5 ildə artıq iki restoran açılıb və üçüncüsünü də açmağa hazırlaşırlar.

         Mövcud Azərbaycan bazarının idealdan uzaq mühitinin çoxsaylı iqtisadi və siyasi problemlərlə bağlı olan vəziyyətinə baxmayaraq  Anadolu restoranlar şəbəkəsi Azərbaycanda mövcud fəaliyyəti uğurlu olan biznesin yaxşı bir nümunəsidir. Yerli bines nümayəndəsinin biznes işi yolunun burada göstərməsinin əsas məqsədlərindən biri böyük arzu ilə, məqsədyönlü, yorulmadan, qabiliyyətlə, savadı artıra-artıra parlaq nəticələrə həmişə nail olmaq imkanını nümayiş etdirmək idi.

 

              

                 Binesmen olmağa necə nail olmaq olar.

 

 

    İnsanların öz şəxsi bizneslərini başlamaq üçün çox sayda səbəb saymaq olar.Şəxsi müstəqillik, mənfəət qazanmağın hüdudsuz imkanları, və istəyən zaman sevimli işlə məşğul olmağa imkan - bunlar insanı biznesa cəlb edən  səbəblərin bir hissəsidir. Dünyada məhşur biznesmenlər arasında özlərinin birinci uğurlarını qazanan zaman yüksək təhsilə malik olanlar da  var idi, heç bir ixtisası olmayanlar da.

 Öyrədici təhsil proqramları.  Bu gün universitet və kolleclərdə tələbələri  özəl biznes işini təşkil etməyə və aparmağa öyrədirlər. Təhsil ocaqlarında tədris proqramından başqa tələbələrə uğurlu işləyən biznesmenlərin konsultasiyaları da təqdim olunur. Belə təqdimatlar oxuculara real biznes təcrübəsi və məsləhətlərlə tanış olmağa imkan yaradır. Eyni zamanda gələcək biznesmenlər onların öz ideyalarının reallığını və həyata keçirilməsi yollarını müəyənləşdirməyə nail olurlar.

İş yerində öyrənilmə. Biznes barəsində öyrənməyin və şəxsi işi təşkil etmə imkanları barəsində məlumat almağın genniş yayılan üsul,  hansısa ayrı şirkətdə işləyərkən qiymətli yeni ixtisas təcrübəsini qazanmaqdan ibarətdir. Bu üsuldan məhşur biznesmenlərin çoxu istifadə etmişdir. Onlar özləri üçün ehtibarlı gəlir mənbəyi qazanmışlar. Qazanılan pullar gələcək şəxsi işin açılmasının maliyyə əsasını təşkil edir. Misal üçün ABŞ-da biznesmenlərin texminən 50%-zi öz şəxsi işlərini o sahədə başlamışdırlar ki, harada onların artıq təcrübəsi var idi.

Aylənin rolu. Təcrübə göstərir ki, biznesmen aylələrindən çıxan insanların öz şəxsi işlərini açmaq üçün daha çox şansları var. Bizneslə məşğul olan  və öz əməyinin nəticələrindən məmnun qalan  qohumlar, gələcək ixtisasın seçimində çox təsiredici bir nümunədir.

 

                         

                Yeni biznes işin təşkili ilə bağlı qazanc və risk.

 

     Əfsuslar olsun ki, statistikaya görə hər üç yeni müəssisədən ikisi hər ilk 4 il ərzində iflasa uğrayırlar. Dünya iqtisadiyyatında böyük müəssisələr iri miqyaslı istehsalın daha yüksək effektivliyinə malik olması səbəbindən kiçik biznesə əvvəllər məxsus olan bazar sektorlarını bir bir,ardıcıllıqla  zəbt etmişdirlər. Ancaq Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 2003-cü ilin  əvvəlində 25113 fəaliyyət göstərən kiçik müəssisə var idi  və onlar 2002-ci ildə 3620,1 mlrd manat həcmində məhsul buraxmışdılar. Bu isə ÜDM-un 12,2% təşkil etmişdir.

     Kiçik biznesin yolunda çoxlu problemlər mövcuddur. İqtisadiyyatın çətin vaxtları kiçik biznesə, iri bizneslə müqaisədə daha güclü təsir göstərir.Bundan başqa, kiçik biznesin gəlirləri daha tez aşağı düşməyə meillidir və iflasa uğramağa daha çox ehtimalı var. Buna əlavə olaraq, kiçik müəssisələr məmurların korrupsiyasından daha çox əziyyət çəkir.

    Kiçik biznesin üstün cəhətləri ondadır ki burada adətən bütün yeniliklər daha sürətlə və uğurla həyata keşirilir. 80%-can  yeni iş yerlərini 100 və ondan da az işçisi olan müəssisələr təmin edirlər. Bu üstünlüklər biznesmenlərın və işçilərin imkanlarını daha da genişləndirir.

    Əslində biznesmen anlayışı tez-tez kiçik müəssisənin sahibkarı kimi təyin olunur,onun üçün ki  o istehsalın idarəolunması funksiyalarının çoxusunu  özü həyata keçirir. İri biznesdə təşkilat və idarəetmə məsələlərini icra edən bir neçə, bu məqsədlə işə götürülmüş, menejer olur. İri və kiçik biznes təşkilatları bir birindən fərqli yollarla öz məqsədlərinə nail olurlar. Korporasiyalarda risk biznesdə iştirak edənlər arasında paylanır. Korporasiyaların rəhbərləri korporasiyanın gələcəyinə mənfi təsir edə bilən məhsuliyyətli qərarlar qəbul edərək, ancaq öz iş yerləri ilə risk edirlər. Onlar öz iş yerlərini itirsələr də, şəxsi sərmayə qoyuluşlarını itirmirlər.

    İri biznesdə yüksək həcmdə pulla əməliyyatların aparılması səbəbindən, korporasiyada hətta çox böyük itkilər də nadir hallarda onun bağlanmasına gətirir. Böyük korporasiyalar özlərinə parlaq və istedadlı işçiləri cəlb edərək çalışırlar yeni ya da yaxşılaşdırılmış əmtəə və xidmətləri yaradsınlar. Ancaq iri korporasiyalar, onlara çoxmərtəbəli və böyük idarəçilik strukturların məxsus olmasına görə, yeniliklərin və şəxsiyyətə azadlığın reallaşdırmasını məhdudlaşdırır.

 

                  Biznes təşkil olunmasının formaları.

 

Fərdi müəssisə. Bu hər hansı bir fiziki şəxsin sahib olduğu işdir.Bu çox geniş yayılan biznes formasıdır.Ancaq bu müəssisələrin  əksəriyyəti çox kiçikdirlər. Bu formanın belə popular olmasının əsas səbəbi ondadır ki, bu biznesin ən sadə və ucuz təşkil olunma üsuludur. Bundan başqa burada ayrı üstünlüklər də var. Sahibkar öz-özünün müdiridir, özü bilən məhsulu istehsal edir və müəssisənin bütün qazanılan mənfəətini özünə saxlayır. Qanunlar fərdi sahiblər üçün minimal məhdudiyyatlar təyin edirlər: müəssisələr bir neçə vergilərdən azaddırlar. Mülkiyyətin fərdi formasının çatışmamazlıqları da var. Ən böyük çatışmamazlıq-sahibkarın daşıdığı tam mülkiyyət məhsuliyyətidir. Bu o deməkdir ki, bineslə bağlı bütün borclar və problemlər sahibkarın üstündə qalır. Ayrı sözlə sahibkar yaranan borcunu qaytara biləməyəndə, onu öz şəxsi mülkiyyətinin (maşının, evinin, yığımlarının ) hesabına ödəməlidir. İkinci çatışmamazlıq – kapitalın məhdud olmasıdır. Bu o deməkdir ki, işə cəlb olunan pullar sahibkarın öz pul yığımları ilə və kənardan kredit almaq imkanı ilə məhduddur.

Ortaqlıq.  Bu elə bir müəssisədir ki, onun iki yaxud bir neçə sahibi var. Ortaqlığın fərdi müəssisə ilə müqaisədə müəyyən üstünlükləri var:?

·        Şəriklərın birləşməsi əlavə vəsaitlərin cəlb edilməsinə imkan yaradır.

·        Hər şərik birgə işə yeni ideyalar və öz istedadını gətirir.

·        Fərdi müəssisə kimi, ortaqliğı təşkil etmək nisbətən asandır və bir neçə verqi güzəşlərinə malikdir.

Ortaqlıq formasınıın çatışmamazlıqları ondadır ki:

*Çox bir hallarda  hər bir şirkət öz mülkiyyəti ilə  məhdudsuz məhsuliyyət daşıyır. Ayrı sözlə, biznes iflasa uğrayarkən, kreditorlar  (pulun əsl sahibləri) hüquq əsasında hər şərikdən ayrıca , eləcədə bütün şəriklərdən bir yerdə borc verilən vəsaitlərin qaytarılmasını tələb edə bilər.

*Şəriklərdən kimsə öləndə, yaxud işdən çıxanda ortaqlıq rəsmi olaraq öz fəaliyyətini dayandırır. Müəssisə öz işini dəvam edirsə, o zaman yeni müqavilə bağlanmalıdır.

*Kənardan ortaqlıq müəssisəyə cəlb olunan kapitalın həcmi məhduddur. Bu kapitalın dəqiq həcmi şirkətin mülkiyyəti, şəriklərin maadi güzaranı və onların borcu qaytarmaq bacarması ilə müəyyən olunur.

*Şəriklər şirkətin idarə olunmasına olan fikir ayrılığına görə bir-birindən ayrıla bilərlər və bu müəssisəni məhv edə bilər.

Korporasiya. Bu müəssisənin elə bir təşkil olunma formasıdır ki, onu yaradarkən siz təstiq etmə sənədini almalısınız. Korporasiyanın sahib olma hüququ səhmlərlə hissələrə bölünür və bunun üçün korporasiyanın sahiblərini səhmdarlar adlandırırlar. Məhkəmə korporasiyanı hüquqi şəxs kimi tanıyır. O, məhkəməyə müraciət edə bilər və məhkəməyə cəlb oluna bilər, müqavilələr bağlaya bilər və vergilərini ödəməlidir. İqtisadiyyatda adətən əsas aparıcı qüvvə korporasiyalar olur. Bunun da səbəbləri onların aşağıda sadalanan üstünlüklərindədir:

*Məhdud məhsuliyyət. Şirkətin borclarına görə şəxsi mülkiyyət məhsuliyyəti daşıyan fərdi sahibkarlarla və ortaq şəriklərlə müqayisədə səhmdar ancaq ona məxsus olan , bazarla qiymətləndirilən dəyərdə, səhmləri itirə bilər.

*Saziş əməliyyatları aparılmasının sadəleyi. Səhmdarlar sadəcə olaraq korporasiyanın səhmlərini alınması yaxud satılması yolu ilə korporasiyaya girə və çıxa bilərlər.

*Fəaliyyət dövrünün məhdud olmaması. Səhmdar ölən zaman, onun səhmlər payı varislərə keçir. Bununla belə bu vəziyyət korporasiyanın gündəlik fəaliyyətində heç cür əks olunmur.

    Eyni zamanda korporasiyanın çatışmamazlıqları da var:

    *  Korporasiyanı yaradmaq çox bahalı və çətindir. Müəssisə və nizamnamənin təstiq olunmasında tez-tez hüquqşünasa ehtiyac olur. Bu isə əlavə və böyük xərclərlə bağlıdır.

   * Korporasiyalar xüsusi vergilər ödəməlidir. Buraya dividendlərə də qoyulan vergilər də aiddir. Dividendlər səhmdarlar arasında  bölünən korporasiya gəlirlərinin bir hissəsidir.

 

 

          Biznesin təşkil olunmasının xüsusi formaları.

 

Mənfəətsiz korporasiyalar. Bu korporasiyaların adına görə onların  təşkil olunmasında mənfəət əsas məqsəd deyil. Onlar təhsil, sosial, xeyriyyə və dini məqsədlərə qulluq edirlər. Bu müəssisələr mənfəət almaması səbəbindən  vergilərdən azaddırlar. “Qırmızı Xaç cəmiyyəti “,”Cunior Açivment” mənfəətsiz korporasiyalar  nümunə kimi sadalana bilərlər.

Dövlət korporasiyaları. Hökumətin idarə etdiyi korporasiyalar da mövcuddur. Əksər halarda onlar özəl biznesin bacarmadığı və onlar üçün cəlbedici olmayan  xidmətləri təmin etmək üçün yaradılırlar.

Kooperativlər. Onlar  müəyyən iş funksiyalarını yerinə yetirmək üçün yaradılan fərdi insanların yaxud şirkətlərin birləşmələridir. Onların bir neçə növləri mövcuddur:

*Mənzil kooperativləri  - onların sakinləri mənzilin sahibləridir.

*İstehlak kooperativləri. Bu şirkətlərin sahibləri mənfəətin bölüşdürülməsində işrirak edirlər və/ yaxud əmtəə və xidmətlərin minimal qiymətlərlə alınmasını təmin edirlər.

*İstehlak kooperativləri öz  üzvlərinin maraqları çərçivəsində məhsulun istehsalı və satışı ilə məşğul olan şirkətlərdir. “Azərittifaq” kimi hələ keçmişdə işləyən kooperativi burada misal gətirmək olar. Bu kooperativ Azərbaycanda yüzlərlə qoz, fındıq, meyvə, qızıl gül, bal, müxtəlif  konserv məhsullarının və s. istehsalçılarını və satıcılarını birləşdirirdi.

*Françayzlar. Françayz – özəl şirkətə böyük ticarət zəncirin bir hissəsi kimi işləməyə hüquq verən lisenziyadır. Çox sayda məhşur şirkətlərin paltar mağazaları, yeməkxanalar, motel və mehmanxanalar françayz prinsipi əsasınada işləyirlər.Bu sxemin bir neçə üstünlükləri var. Yeni françayz müəsisənin yaradılması üçün pulu lisenziyanı alan tərəf qoyur, françayzın satıcısı isə minimum vəsaitlərini xərcləyərək öz şirkət şöhrətinin genişləndirilməsinə nail olur. Françayz satıcısına bu saziş o səbəbdən də xeyirlidir ki, françayzın alıcısı muzdla işləyən fəhlədən müəssisə sahibkar olmasına daha yaxındır.

       Xeyr françayz alıcısının da payına düşür. Şirkətlərin çoxu biznesin yaradılma və idarə olunması sahəsində tədrisin, maliyyələşdirmənin və başqa yardım formalarının təşkilini öz üzərinə götürürlər. Bundan başqa fraçayz alıcısına biznesi aktivləşdirmək üçün arxasında reklam ilə şöhrət duran kompaniyanın adından istifadə etmək sərf edir. Eyni zamanda françayz sxeminə bir neçə rahatsızlıq da məxsusdur. Françayzın satıcısı onunla bu sazişdə iştirak edən françayz alıcılarına nəzarət etməyə çox diqqət verir. O, onlara öz biznesi idarə etmə üsullarını, binanın tərtibat üslubunu, hətta xüsusi iş geyim forma və nişanlarını diqtə edə bilər. Buna əlavə olaraq françayz satıcılarının çoxu belə hesab edirlər ki, bütün məhsullar əsas baş şirkətdən onun təyin etdiyi qiymətlərlə alınmalıdır.

               

 

                               Böyük korporasiyal haqda.

 

Qeydiyyat barəsində sənəd və nizamnamə . Korpoirasiya üçün qeydiyyat barəsində sənəd –korporasiyanın yaradıldığı ölkənin dövləti tərəfindən verilən lisenziyanın bir növüdür. Misal üçün siz məktəbdə istehsalla məşğul olan kompaniya yaratmaq istəyirsinizsə, o zaman siz onu mütlək hər ayrı bir korporasiya kimi qeydiyyatdan keçirməlisiniz. Korporasiyanın bir sıra iş qaydaları olmalıdır və həmin qayda əsasında o işini görməlidir. Bu qaydalar nizamnamə adlanır.

Səhmdarlar. Səhmdarlar – korporasiyanın mülkədarlarıdır. Dünyada açıq tipli korporasiyalarda (onların səhmləri açıq satışa çıxarılır) səhmdarların çoxluğu yüzlərlə və minlərlə sayılır. Ölkənin müxtəlif nöqtələrində yerləşən minnlərlə sahibkarı olan böyük korporasiyalarının effektiv idarə olunma mexanizminə ehtiyacı var.

Direktorlar şurası. Səhmdarlar direktorlar şurasını, bir qayda olaraq, ildə bir dəfə keçirilən seçkilərdə seçilirlər. Bu o deməkdir ki, şirkətə sahiblik və şirkət idarəçiliyi bir-birindən ayrılır. Şirkət əməkdaşları onları işə qəbul edən direktorlar qarşısında məsuliyyət daşıyırlar.

     Sahiblik və idarəçiliyin bir-birindən ayrılmasına baxmayaraq, səhmdarlar öz səsvermə  hüquqlarını həyata keçirməklə dolayısı yolla müəssisənin fəaliyyətində iştirak edirlər. Səhmdarlar direktorlar şurasını seçir və prinsipial əhəmiyyət daşıyan digər məsələlər üzrə səsvermədə iştirak edirlər. Korporasiya seçkilərində səhmdarlar hər səhm payına görə bir səsə malikdirlər. Yığıncaqda iştirak edə bilməyən səhmdarlar digər şəxslərə onların yerinə müvafiq surətdə səsvermə səlahiyyəti verən yazılı razılıq – etibarnamə verə bilərlər.

       Səhmdarlar öz paylarını satmaq yaxud əlavə payları almaqla idarəçilik sahəsində qəbul edilmiş qərarlara öz münasibətlərini göstərirlər. Bunun nəticəsində səhmlərin bazar qiyməti ya azalır ya da artır. Səhmlərin qiymət dəyişməsi öz növbəsində menecerlərə idarə etmə siyasətlərinə yenidən qiymətləndirmələri üçün təziq edir.

         Açıq tipli korporasiya direktorları hər il korporasiyanın maliyyə durumu haqqında hesabat dərc etdirirlər. Bu illik hesabat korporasiyanın naliyyətləri barədə yekun məlumatları, gələcək planları və direktorların səhmdarlarla bölüşmək istədikləri digər informasiyaları əks etdirir. 

                           

 

                    İş adamının alıcı qarşısında məhsuliyyəti.        

 

      Bütün dünyanın biznes fəaliyyəti bir qayda olaraq onu göstərir ki, biznes adamları öz iş təcrübəsində düzgünlüyə, işgüzarlığa üstünlük verirlər və istehlakçılara ədalətli davranış qurmağa çalışırlar. Onlar öz əməyinin istifadə olunmasından mənfəət almağa çalışırlar və bu səbəbdən qazanca çox meyillidirlər. Ancaq eyni zamanda onlar istehlakçılar qarşısında öz məhsuliyyətini heç vaxt unutmurlar. İstehlakçı barəsində biznes etikası adlandırılan qayğı gəlirlər barəsində olan qayğı ilə əl-ələ gedir. Gec-tez istehlakçıılar şirkətin öz işinə cavabdeh olmamasını bilərək onunla hər hansı bir iş qurmaqdan imtina edəcəklər. Və əksinə, yüksək keyfiyyətlə, informasiya daşıyan və cəlb edici qablaşdırma ilə istehlakçıların təhlükəsizliyinin təminatı ilə özünə müsbət ad qazanan şirkətlər mənfəətə nail olmaqda daha yüksək ehtimala malikdirlər.

Məhsulun keyfiyyəti. İstehlakçıların məhsul keyfiyyətinin arası kəsilmədən təmin olunmasını gözləməyə haqqı var. Bu o deməkdir ki, siz hansısa bir məhsulu hər gün istehsal edərək satırsınızsa, istənilən gün bu məhsul eyni keyfiyyətdə olmalıdır. Alıcınının bir də ona güvənməyə haqqı var ki, mal müəyyən vaxt dövründə istehlakçı xüsusiyyətlərini itirməsin.

Məhsulun qablaşdırıılması. Qablaşdırmanın köməyi ilə məhsulun istehsal olunduğu andan etibarən satışına qədər qorunması təmin olunur, istehlakçılar qabın daxilindəki tərkibin həcmi və keyfiyyəti ilə məlumatlandırılır. O, birdə məhsulun  cəlbediciliyini artıraraq, satış həcmini qaldırır. Ancaq bəzi iqsadçılar belə hesab edir ki, qablaşdırmağa çox fikir verilməsi məhsulun qiymətinin həddən artıq qalxmasına səbəb olur. Onlara əks olan tərəfin mövqeyinə görə isə, qablaşdırma tərsinə satış həcmini artırmaqla qiymətlərin azalmsına səbəb olur. Onların fikrincə satışın böyük həcmi malın bir vahidinin maya dəyərini azaldaraq qiymətin enməsinə imkan yaradır.

      Bütün şirkətlər ərzaqların saxlanılması və istifadəsi zamanı istehlakçıların sağlamlıq və mülkiyyətlərin hədsiz riskdən qorunması üçün məsuliyyət daşıyırlar. Şirkətlər həm də məhsulun öz məqsədinə uyğun olmayan şəkildə istifadə edilməsi ilə bağlı xəbərdarlıq verməsinə görə məsuliyyət daşıyırlar.

         Şirkətlər hər hansı bir məhsulun istifadəsi zamanı baş verə biləcək təhlükə barədə xəbərdar etməlidilər.

   Ancaq, ümumiyyətlə Azərbaycan iqtisadiyyatının vəziyyətindən danışanda, onu son 130 ildə gözə çarpacaq dərəcədə xarakterizə edən neft sənayesi olub. Bu baxımdan Azərbaycanın mövcud neft sənayesinə nəzər salmaq maraqlı olardı.

               Azərbaycanın mövcud neft sənaye kompleksi.

 

       Hər bir ölkənin iqtisadiyyatı onun sahələrindən ibarətdir. Və ölkə iqtisadiyyatının güclü yaxud zəif olması onun sahələrinin mövcud vəziyyətindən aslıdır. Azərbaycan iqtisadiyyatında XIX əsrin axırlarından bu günə qədər neft sənayesi daimi olaraq aparıcı və həlledici mövqeləri tutmuşdur.Və buna görə də demək olar ki, neft sənayesində baş verən bütün tendensiyalar və proseslər öz əksini Azərbaycanın ayrı-ayrı iqtisadi və sosial sahələrində tapmışdır. Bundan başqa Azərbaycan iqtisadiyyatının vəziyyəti və gələcək inkişafı bir çox mənada neft sənayesinin nə dərəcədə faydalı və mənfəətli işləməsi ilə müəyyən olunur. Təsadüfi deyil ki, Azərbaycan ixracında emal olunmayan neft və neft məhsullarının payına 70% düşür, neftlə bağlı olan gəlir isə büdcənin gəlir hissəsinin 50%-ni təşkil edir. Buna görə də demək olar ki ölkənin iqtisadi artımına inamı Azərbaycanın və əsasən Xəzər dənizi reqionunun geniş neft və qaz resurslarının uğurla çıxarılmasına arxalanır.

       Bu səbəblərdən Sovet İttifaqının dağılması və inzibati-əmirlik sisteminin 70 illik hökmranlığından sonra Azərbaycan neft sənayesində indiki mərhələdə, əsasən 90-cı illərin başlanğıcından sonra, baş verən çox vacib hadisələr özünə böyük maraq doğurur. Bundan başqa çox vacib olardı ki, müəyyən olunsun, özünü doğrulda bilməyən keçmiş təsərrüfat sistemi, Azərbaycanda liberallaşma və ölkə iqtisadiyyatının dünya təsərüffatı ilə daha sıx birləşməsi şəraitində nə ilə əvəz olunur.

    Neft sənayesi üçün Sovet İttifaqının dağıldığı və bazar iqtisadiyyatına keçid illəri olduqca çətin olmuşdur. Bir tərəfdən neft sənayesinin dövlət tərəfindən köhnə maliyyələşdirmə sistemi ləhv olunmuşdur. Digər tərəfdən bütün neft və qaz yataq resursların dövlət tərəfindən mənimsənilməsindən sonra Azərbaycanda neft çıxartmaya olan dövlət inhisarının aradan qaldırılması nəticədə neft istehsalına ciddi maliyyə çətinlikləri yaradmışdır. Bu səbəbdən neft quyularının çoxusu istifadə olunmamış qalmışdır, yeni kəşfiyyat məqsədi ilə qazılanların isə

sayı kəskin azalmışdır. Çox sayda nöqsanlar neft emalında və onun texnoloqiyasının inkişafında özlərinə yer tapmışdır. Neft sənayesində avadanlığın böyük hissəsi (30-40%) köhnəlmişdir, nəqliyyat və hüsusi vasitələrinə yeniləşdirmə tələb olunurdu. Bundan başqa, əmək haqqının verilməsi qecikləndirilirdi.

      Azərbaycanın neft istehsalında köhnəlmiş avadanlıq və neft

mədən ehtiyatlarının böyük həcmdə tükənməsi ilə bağlı aşağı səviyyəli effektivlik ona səbəb olmuşdur ki, emal olunmamış neftin 1 bareli 18 dollar qiymətinə qalxaraq onu aşağı mənfəətli və rəqabətə dözümsüz etmişdir. Yüksək maya dəyərinə məhsus olan neftin çıxardılması, iqtisadi baximindan, məqsədəuyğun olmurdu. Bunlar hamısı bir yerdə neft və qaz istehsalının azalmasına səbəb olmuşdur.

      Belə, iqtisadi baxımdan çətin, vəziyyətdən çıxış üçün ümid yerini Azərbaycanın rəhbər strukturları xarici neft kompaniyalarının Azərbaycana cəlb olunmasında görürdülər. Ancaq bu kompaniyaların köməyi ilə yeni genişmiqyaslı layihələr və Xəzər dənizində yerləşən əsas neft yataqlarının çoxtan işləyən istehsal obyektlərinin yeniləşdirilməsi yolu ilə Azərbaycanın neft sənayesinin gücünü tez bir zamanda bərpa etmək olardı.

    Hələ 1990-cı ildə Azərbaycan rəhbərləri və Qərb şirkətləri arasında çətin danışıqlar başlamışdır. Sovet iqtisadiyyatı liberallaşdıqca Azərbaycan Qərb şirkətləri üçün daha da cəlbedici olurdu. Azərbaycanın məhşur Azəri, Çıraq və Günəşli dəniz yataqlarında zəngin mineral sərvətləri və yerli neft sənayesinin böyük təcrübəyə malik olan potensialı ilə Azərbaycana cəlb oluan Qərb şirkətlərinin sayı daima artırdı. Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin 13 sentyabr 1992-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycanın neft sənayesi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılaraq yeni keyfiyyət kəsb etmişdir. ARDNŞ iki Azərbaycan dövlət şirkətini Azneft və Aznefkim-in birləşməsi nəticəsində yaradılmışdır.Bu yeni qurulan şirkət Sovetlər Birliyinin son onilliklərində neft sənayesinin əlavə yükünə çevrilən, Azərbaycan neft sənayesinin yenidən qurulmasının əsasını qoymuşdur. İlk dəfə olaraq keçmiş Sovet məkanında birləşdirilmiş Qərb tipli şirkətin yaradılma ideyası həyata keçirilməyə başlandı. Neft şirkətinin strukturu tez bir zamanda yenidən qurulmuşdur. Bunun səbəbi şirkətin idarə olunmasının effektivliyini qaldırmaq və onu pay əsasında idarə olunan təşkilata keçməsi idi. Şirkətlər və işə götürülən işçilər arasında kontrakt sisteminin tətbiq edilməsi ilə əmək münasibətləri dəyişməyə başlamışdılar.

    Bu gün ARDNŞ və onun idarələri Azərbaycanda neft və qaz çıxarılması, iki neftayırma müəssisələrinin idarə olunması, neftin neft kəməri vasitəsilə çəkilməsi, yataqların geologiyası və geofizikası, dərin dəniz özüllərinin qurulması ilə məşğuldurlar. Bundan başqa ARDNŞ-in tərkibinə neftdaşıyan donanma, inşaat trestləri, avtonəqliyyat müəssisələri, quraşdırma müəssisələri və eləcə də elmi və layihə institutları daxildir.

      1992-ci ilin noyabr ayında xarici şirkətlərlə vahid təchizat, vahid dəniz boru kəmərlərlərinin sistemi və terminal, vahid donanma, vahid ixrac boru kəməri haqqında beş memorandum  imzalanmışdır.

       Azərbaycana Sovet dövründən əsasən dayaz dəniz yataqları miras qalmışdır. Onlardan ən böyüyü Abşeron yarımadasından 110 klm. arasında yerləşən Günəşli yatağıdır. Onun payına 2001-ci ildə ARDNŞ-lə çıxarılan bütün neftin 65%-i düşürdü. Neftin çıxarılması bu yataqda 1981-ci ildə başlamışdır, ancaq neft quyularının maksimal dərinliyi 6 metrdən çox deyildir. Texniki çətinliklərə görə neft quyusunu daha aşağı dərinliyə qazmaq  mümkün olmurdu. Istismar avadanlığın texniki vəziyyəti qeyri kafi idi.

     2002-ci ilin avqustunda ARDNŞ təkbaşına yeni neftçıxarma

platformalarının köməyilə Günəşli yatağının bərpasına cəhd göstərməyə başladı. Həddən artıq tükənmiş 40 köhnə istismar olunan yatağın əsaslı təmirə ehtiyacı var idi. Bütün bu texniki və maliyyə problemlərinin effektiv və tez həll olunmasına  ancaq Azərbaycanın neft sənayesinə xarici investisiyaların geniş yeridilməsi  və əcnəbi şirkətlərin bu sahədə zəngin təcrübəsinin istifadəsi əsasında təmin oluna bilərdi. Azərbaycan o zaman  tək başına neft sənayesinin  bərpası və inkişafı üçün lazım olan böyük kapital qoyuluşların maliyyələşdirilməsini təmin etməyə qadir deyildir. Bundan başqa Qərb neft şirkətləri Azərbaycan müstəqilliyinin birinci günlərindən Xəzər dənizinin zəngin neft və qaz yataqlarına böyük marağı gizlətmirdilər. Eyni zamanda xarici şirkətkəri Azərbaycana cəlb edən başqa vacib amil, onun öz ərazisində Qazaxıstan yataqlarını dünya bazarları ilə birbaşa birləşdirən boru kəmərinin tikilməsi baxımından strateji üstünlüyə malik olması idi.

   Təsadüfi deyil ki, indiki zaman üçün 15 ölkənin təxminən 30 kompaniyası ilə Azərbaycan artıq 20-dən çox iri neft müqaviləsi bağlamışdır.

    1997-ci ildən etibarən Azərbaycan neft sənayesinin inkişafı ən əsası Azərbaycan neft kompaniyasının konsorsyümunun yaranması ilə bağlıdır. Bu konsorsyuma (AİOC ) BP, Unocal, SOCAR, İnpex, Statoil, Exxon Mobil, TPAO, Devon Energy, İtochu, Delta/Hess şirkətləri daxildir. AİOC dənizdə yerləşən Azəri yatağında və BP-nin dəyərləndirilməsinə görə 5,4 mlrd barel neft ehtiyatlarına malik olan Günəşli dərin yatağında işləyir. 2002-ci ildə Azərbaycanda xam neftin gündəlik hasilat səviyyəsi 310.000 barelə çatmışdır. Azərbaycanın neft hasilatının böyük hissəsi ( 64% 2001-ci ildə ) ARDNŞ-in payına düşür.

      Neft sənayesinin yeni mərhələsində neft və qaz hasilatının artımı dünya bazarlarında məhsulun sürətlə və ucuz nəql olunmasının ən effektiv yollarının axtarışı və quraşdırılması məqsədlərini irəli sürmüşdür.

       2004-cü ilin əvvəli üçün Azərbaycandan neft dünya bazarlarına iki əsas boru kəməri ilə ixrac olunurdu. Bu Rusiyanın Qara dəniz sahilinə göndərilən Bakı – Novorosiysk boru kəməri ilə  ( şimal istiqamət ) neftdir və Günəşli neft yatağından Gürcüstanın Qara dəniz sahilinə Bakı-Supsa neft boru kəməri ilə əsasən axan  “ ilk neftdir”. Bundan başqa Azərbaycandan neft məhsulları əvvəlki kimi Batuma dəmir yolu ilə köhnə üsulla vaqon-sisternalarda ixrac olunurlar.

    Bu nəqliyyat yolları ilə özünü məhdudlaşdırmadan Azərbaycanın yeni böyük iqtisadi baxımdan xeyirli (nəql olunan nefti rəqabətə daha da dözümlü edən)   və strateji baxımdan  Azəraycan neftini, gələcəkdə isə xarici nefti də dünya bazarlarına çıxardan, optimal çıxış yollarına ehtiyacı var. Azərbaycan neft ixracının sonrakı artımı böyük dərəcədə belə neft boru kəmərinin quraşdırılmasından aslıdır. Bir neçə ehtimal olunan Xəzər dənizi neftinin ixracına yönəldilən layihələrdən Azərbaycan inamla Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin quraşdırılmasını seçmişdir. “Əsas ixrac neft boru kəməri” adlandırılan bu boru kəməri Azərbaycan ( və çox güman ki, Qazaxıstan ) neftini Bakıdan Gürcüstan ərazisi ilə keçərək Aralıq dənizinin Türkiyə sahilinin 1040 mil uzaqlığında yerləşən Ceyhan limanına çatdıracaqdır. Bu isə gərgin gəmi hərəkəti ilə məhşur olan Bosfor dəhlizsiz keçinməyə imkan verəcək . Gündə 1 mln. barel axınına malik olan bu neft boru kəmərinin inşaası 2005-ci ildə başa çatdırılmalıdır və 2006-cı ildə isə neft məhsulunu öz vasitəsi ilə nəql etməlidir.

Neftin emalı

Azərbaycanda neft 2 yerli nefti emal edən müəssisə ilə - Azneftyağ və Azneftyanacaqla təmizlənir. Bu müəssisələr dizel yanacağını, benzin, mühərrik yağları, kerosin və digər neft məhsullarını istehsal edirlər. Bu müəssisələrin hər iksinin modernləşdirilməsinə ehtiyac var. Bu səbəbdən onların  modernləşdirilməsi üçün təxminən 600-700 mln. dollar həcmində layihələr işlənib hazırlanıb.

Qaz hasilatı

Azərbaycan nəhəng qaz yataqlarına malik olan bir ölkədir. Iyirmi il ərzində dünyada ən böyük təbii qaz yataqlarından biri olan Şah Dəniz yatağının tapılmasının vacibliyinə baxmayaraq, indiki zamanda Azərbaycanda qazın idxalı onun ixracından çoxdur. Əsaslanmış mənbəələrə görə Azərbaycan təxminən 840 mlrd. kub. metr həcmində təbii qaz ehtiyatlarına malikdir; digər mənbəələrə görə isə daha çox ehtiyatlara. Eyni zamanda Azərbaycan qaz nəqlinin infrastrukturunun qeyri effektivliyi və lazımi dərəcədə inkişaf etməməsi səbəbindən – ehtiyac olunan qaz boru şəbəkəsinin olmaması, dünya bazarlarında neft alıcılarına dəniz yataqlarından məhsulun çatdırılması işində böyük əngəllər yaradır.

     İndiki zamanda Azərbaycanda, qaz hasilatının bütün həcmi dəniz yataqlarından ARDNŞ-in payına düşür. Təbii qazın ölkədə aparıcı təminatçısı Baxar neft-qaz yatağıdır. Bu yataq Azərbaycanın bütün qaz məhsulunun yarısını verir. Eyni zamanda ARDNŞ cəhd göstərir mövcud Baxar yatağının yanında yerləşən  yeni Baxar-2 yatağından qaz çıxarmasını təmin etsin. ARDNŞ bu yeni yataqdaki qazın bir hissəsini yaxın zamanda ixrac etməyə də planlaşdırır.

     Gələcəkdə Azərbaycanın təbii qaz hasilatı artımına əsas ümüd Şah Dəniz yatağının işləməsi  ilə bağlıdır. Hesablamalara görə, bu yatağın qazçıxartma imkanları təxminən 400-970 mlrd kub. metr arasındadır. Bu dəniz yatağının üzərində, tərkibinə BP, Statoil, ARDNŞ,LukAgip, Niko, TotalFinalElf və TPAO daxil olan konsorsium işləyir.Konsorsium iştirakçıları ixrac etmək məqsədi ilə qazın çıxarılmasını 2006-ci ildə başlamağa hazırlaşırlar. Onların planlarına uyğun olaraq bütün nəql və boru kəməri infrastrukturlarının tam yaradılmasından sonra 2006-2002-ci illər arasında, Şah Dəniz yatağından təxminən ildə 8,4 mlrd kub. metr qaz və gündə 40 min barel kondensat (neftlə qazın qarışığı) çıxarılması gözlənilir. Proqnozlara görə, Şah Dəniz  yatağı əlavə 110 mln ton neft verməlidir. Şah Dəniz, Azəri Çıraq və Günəşli (ACG) və Bahar-2 köməyi ilə Azərbycan

özünün qaz ehtiyaclarını özü tam təmin edəcək və bundan başqa qaz ixracından böyük həcmdə gəlir də ala biləcək.

     Azərbaycanın 90-ci illərdəki neft sənayesi xülasəsi deməyə imkan verir ki, bu sahə kimi başqa sahələri də  bazar prinsipləri əsasına keçirilməsi, onları daha da dinamik inkişaf  etməyə, cari iqtisadiyyat problemlərinin həll olunmasının ən effektiv yollarını tapmağa məcbur etməkdə davam ediəcək.