Məlahət Fərəçova.

«Qobustanın Mədəni irsi».

                                      M.Fərəcova

Qobustan Dövlət tarixi-bədii qoruğu     

 

 

 

      Bəşəriyyət  tarixinin  öyrənilməsində qayaüstü təsvirlər  olduqca  maraqlı    qiymətli  bir mənbədir . Onlar  Yer  kürrəsinin  bütün  qitələrində  aşkar  edilib    ümumilikdə    zəngin    dərin  mənalı  geniş  «şəkil  qalereyası»nı  təşkil  edir . İbtidai  insanların  həyatının    məişətinin  müxtəlif  tərəflərini  ustalıqla  əks  etdirən  qədim  rəssamların  bu  incəsənət  əsərləri  əsrlər  boyunca  toplanıb .  Məhz  buna  görə , bu  təsvirlər  ibtidai  incəsənəti  öyrənməklə  məşğul  olan  alim    mütəxəssislərin  diqqətini  hər  zaman  özünə  cəlb  etmişdir .

       Ərazisi  minlərlə  petroqliflərlə zəngin olan Qobustan - dünya  mədəni  irsinin  qiymətli  abidələrindən  biridir.  Qobustanın Böyükdaş, Kiçikdaş və Cinqirdaq daqlarında yerləşən bu abidələrin unikal arxeoloji və tarixi mahiyyəti və eləcə də  buranın landşaftının təbii közəlliyi onların elmi və estetik əhəmiyyətini  muəyyən edir .  Petroqliflər bu reqionun əsas tarixi mənbələrindən biridirlər.  Qayaüstü təsvirlər üst paleolit və bütün sonrakı dövrləri əhatə edir.

        Qobustan –  bir tərəfdən landşaftın ritual məkana , diğər  tərəfdən isə  uzun müddət saxlanılan və əcdadlarımızın möhkəm ənənələrini yaradan daimi yaşayış məkanına  çevrilməsinin parlaq nümunəsidir. Bu ənənələr landşafta çəkilmiş işarələrdə və adət- ənənələrdə əks etdirilib.

         Qobustan  abidələrinin qorunmasının, konservasiyasının və dünya miqyasında təbliq olunması perspektivlərinin bir çox məsələləri sənədləşdirmə tələb edir.  Obyektin vəziyyətinin  qeyd edilməsi yalnız yoxlama zamanı  deyil, eləcə də sonrakı dəyişikliylərin qeydiyyatı - qarşımıza çıxan məsələlərdən biridir.

          «Petroqliflərin yerlərinin sənədləşdirilməsi strukturu» ilk dəfə 2001-ci ildə Çolpon-Ata şəhərində (Qırxızıstan) keçirilən «Mərkəzi Asiyanın petroqlifləri» adlı beynəlxalq elmi seminarda A.E.Roqojinski tərəfindən təqdim edilmişdir. 2002-ci ildə norveç həmkarlarımız,

A.S.Xiqenin rəhbərliyi altında, Tamqalı petroqliflərinin  vəziyyətinin, konservasiya işlərinin və monitorinqin sənədləşdirilməsi formalarının hazırlanması nəticəsində bu sistem böyük naliyyətlər qazanmışdır.

        Qobustanın maddi-mədəni irsinin tədqiqi və qorunması məqsədi ilə maddi-texniki baza əsasında, biz tərəfdən yeni metodları əks etdirən məlumatlar bazası tərtib edilib.

         Petroqliflərin yerləşdirilməsinin sənədləşdirilməsinə aşağıdakı növlər daxildir:

1)      kompleksin arxeoloji xəritəsi

2)      petroqliflərin yerləşdiyi sahələrin topoqrafik planı

3)      petroqliflərin yerləşdjiyi sahələrin indeksləşmiş foto və qrafik panoraması

4)      petroqliflərin  yerləşdiyi səthlərin indeksləşmiş foto (ortoqonal proyeksiyada) və qrafik təsvirləri

5)      petroqliflərin və səthin vəziyyətini xarakterizə edən standartlaşmış izah.

Məhz bu materialların əsasında qayaüstü incəsənət abidələrinin tədqiqi,qorunması və istifadəsi məsələləri həll olunur.

           GPS –in    vasitəsi ilə  MAP-info proqramında  bizim tərəfdən qoruğun xəritəsi və onun  uzərində qeydə alınmış qayaüstü təsvirlər tərtib edilmişdir. 417 daşın fotofiksasiyası tərtib edilmişdir,417 koordinat qeydə alınmışdır.

            Beləliklə, özündə bir çox parametırlərı birləşdirən vahid sənədləşdirmə kompleksi Azərbaycan abidələrinin elmi təhlilinin, konservasiyanın, monitorinqın, qorunmasının və istifadəsinin keyfiyyətiniə yeni səviyyələrə qaldırır.

            Qayaüstü incəsənət – ümumbəşər fenomenidir. Qayaüstü incəsənət abidələrinin təbii aşınmalara, dağıntılara məruz qalması – qlobal problemdir. Yalnız birğə  əməkdaşlıq və  olan məlumatların, metodların, bilik və təcrubələrin mübadiləsi  yolu ilə ğələçəkdə effektiv nəticələr əldə edə bilərik.